Parlament azlığından yalnız Fazil Mustafa sədr oldu

Parlament azlığından yalnız Fazil Mustafa sədr oldu Xəbər verdiyimiz kimi, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.

VI çağırış Milli Məclisdə Fazil Mustafa Mədəniyyət komitəsinin sədri idi (Qənirə Paşayeva dünyasını dəyişənə qədər Fazil Mustafa bu komitədə sədrin müavini vəzifəsini tuturdu).

Qeyd edək ki, parlament azlığı içərisində komitə sədri seçilən yeganə şəxs Fazil Mustafadır. Fazil Mustafanın sədri olduğu BQP parlamentdə yalnız bir deputat yeri qazana bilib.

Parlamentdə bu seçkilərdə 3 mandat qazanan partiya Vətəndaş Həmrəyliyi, (nümayəndəsi Rafael Hüseynov vitse-spiker seçildi), iki mandat qazanan isə ƏHD-dir (partiya sədri Qüdrət Həsənquliyev və müavini Elçin Mirzəbəyli)./Axar.az/

Tehsil-press.az

Oxşar xəbərlər