
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalif siyasətçilərin “dinc yolla devrilmə” ilə bağlı bəyanatları şərh edərkən deyib.
"Dövlət öz yerində dayanır və heç kimə onu dinc və ya qeyri-sülh yolla devirməyə imkan verməyəcək. Necə ki, biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk. Və biz bu sözə mütləq əməl edəcəyik", - Kobaxidze bildirib.
Onun sözlərinə görə, bu cür açıqlamalar radikal müxalifətin simasını göstərir.
Tehsil-press.az