1 MAY

1 MAY 1996-cı il. Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub.

1 MAY

1934-cü il. Tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin doğum günü (1934-1995). İlk hekayəsi 1960-cı ildə çap olunub. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyən ədibin ssenariləri əsasında “Gümüş göl əfsanəsi”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Kişi sözü”, “Cehiz güzgüsü”, “Güllələnmə təxirə salınır”, “Hacı Qara”, “Papaq”, “Evin kişisi”, “Evlənmək istəyirəm”, “Qoca palıdın nağılı” kimi qısametrajlı bədii və sənədli filmlər çəkilib.

1 MAY

1866-cı il. Amerikada işçilər Baltimorda toplandıqları konqresdə iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqqında qərar qəbul ediblər. Ancaq işçilərin bu haqlı tələbi rədd edilib. 1889-cu ilin iyulunda Parisdə keçirilən II İnternasionalın birinci konqresində mayın 1-i dünya zəhmətkeşlərinin birlik günü olaraq qəbul edilib.

1 MAY

1930-cu il. Günəş sisteminin ən böyük 10 göy cismindən olan Pluton planeti kəşf edilib. Pluton adı Oksfordda yaşayan Venetsia Burney adlı şagird tərəfindən təklif edilib. Venetsia Burney bu təklifini Plutonun soyuq və qaranlıq olması ehtimalına əsasən mifik düşüncədə yeraltı dünyanın tanrısı kimi tanınan Plutondan ilhamlanaraq irəli sürdüyünü söyləyib.

1 MAY

1840-cı il. Dünyada ilk dəfə İngiltərədə poçt markaları çap olunub.

1 MAY

1945-ci il. Berlində Reyxstaq üzərinə Qələbə bayrağı taxılıb.

tehsil-press.az

Oxşar xəbərlər