Bakı Olimpiya Stadionu daha bir mükafat alıb

Bakı Olimpiya Stadionu daha bir mükafat alıb Bakı Olimpiya Stadionu dünyanın ən möhtəşəm idman qurğularından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilmiş və dizayn edilmiş stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunub.

Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verjr ki, layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Ötən il inşaat sahəsində böyük nüfuza malik "Engineering News Record" jurnalının (ENR) "İlin ən yaxşı inşaat və dizayn layihələri" müsabiqəsində "İdman və əyləncə qurğuları" nominasiyasında qalib gəlmiş Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunub. Stadion bu ilin mart ayında Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan olunub. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir.
Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş "Thornton Tomasetti" şirkətinin müraciəti əsasında iştirak edib. Mükafatlar martın 19-da Nyu Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunub. Mərasimdə Bakı Olimpiya Stadionu layihəsi "Thornton Tomasetti" şirkəti tərəfindən təmsil edilib. Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə Bakı Olimpiya Stadionunun struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi təqdimatı keçirilib.

tehsil-press.az

Oxşar xəbərlər