Eşşəklərə toy etdilər - FOTOLAR

Eşşəklərə toy etdilər - FOTOLAR Türkiyənin Antalya şəhərinin Kumluca ərazisində eşşəklər üçün simvolik toy keçirilib.

"Toy" heyvanların nəslinin tükənməsinin qarşısını almaq və maarifləndirmə məqsədi ilə baş tutub.

Simvolik toy məmuru, toy şahidləri və kənd camaatının iştirakı ilə edilən toyda eşşəklərə gəlinlik və bəy kostyumu da geyindirilib.

Türkiyəli sənətçi Aydın Aydın isə "toy"da türkü səsləndirib, klip çəkdirib.

Daha sonra eşşəklərə kənd muxtarı Halime Kaya tərəfindən beşi bir yerdə qızıl sikkə taxılıb.

Kənd camaatı eşşəklərə kahı, xiyar, kök, ot verib.

Sonda eşşəklər traktora mindirilərək "bal ayı"na yola salınıblar.

Eşşəklərə toy etdilər - FOTOLAR
Eşşəklərə toy etdilər - FOTOLAR
Eşşəklərə toy etdilər - FOTOLAR


Tehsil-press.az

Oxşar xəbərlər