
Mərkəzin müxtəlif elmi-tədqiqat laboratoriyalarında çalışan gənc tədqiqatçılar ABŞ, Litva, Portuqaliya, Hollandiya, Makedoniya, İtaliya, Türkiyə, İsveçrə, Albaniya, Sloveniya və s. kimi ölkələrdə keçirilmiş 25-dən çox beynəlxalq, 15-dən artıq respublika konfransları və elmi seminarlarda apardıqları tədqiqatların nəticələri üzrə məruzələrlə çıxış ediblər.
Gənc tədqiqatçılar 2024-cü ildə dünyanın müxtəlif ölkələrinin aparıcı universitet və institutlarının elmi-tədqiqat laboratoriyalarında prioritet elm sahələri üzrə birgə tədqiqatlar aparıblar. Belə ki, BDU-nun gənc tədqiqatçılarından Aynurə Kərimova Almaniyanın Heydelberq Universiteti, Günel Əliyeva Türkiyənin Hacettəpə Universiteti, Zeynəb Addayeva Yıldız Texniki Universiteti, Orxan Güləhmədov Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universiteti, Aygün İsrayılova ABŞ-nin Emory Universiteti, Məhəmməd Bağır Bağırov Sloveniyanın Metallar və Texnologiya İnstitutu, Xatirə Mehtiyeva İtaliyanın Kalabriya Universitetində və s. birgə tədqiqatlar aparıb və aldıqları elmi nəticələrin istehsalatın müxtəlif sahələrində tətbiqi üzrə xarici ölkə mütəxəssislərinin təcrübəsini öyrəniblər.
Tehsil-press.az