BDU son 4 ildə “Scopus”da indekslənən elmi məqalələrin sayına görə Cənubi Qafqaz regionunda lider mövqedədir

BDU son 4 ildə “Scopus”da indekslənən elmi məqalələrin sayına görə Cənubi Qafqaz regionunda lider mövqedədir Bakı Dövlət Universiteti (BDU) son 4 ildə “Scopus”da indekslənən jurnallarda dərc etdirdiyi 2627 məqalə ilə ən yüksək ümumi nəticə göstərib.
BDU son 4 ildə “Scopus”da indekslənən elmi məqalələrin sayına görə Cənubi Qafqaz regionunda da lider mövqedədir.
Xatırladaq ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2020-2023-cü illər ərzində “Scopus”da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən Azərbaycanın 5 universitetinin göstəricilərini təqdim edib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) dərc olunan məqalələrin sayında hər il ardıcıl artım nümayiş etdirib. BDU, ADNSU və UNEC həm də ölkə üzrə ilk üçlükdə yer alıb. Ümumilikdə isə bu illərdə qeyd olunan ali təhsil müəssisələrinin 5157 tədqiqat işi bazaya daxil edilib.

Tehsil-press.az



Oxşar xəbərlər