
Tehsil-press.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri bildirib ki, bu gün Bakıda istifadə edilən əsas yerüstü ictimai nəqliyyat növü avtobusdur:
"Hazırda avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə bu yerüstü relsli nəqliyyat da ola bilər, düşünürəm ki, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək".
A.Quliyev, həmçinin əlavə edib ki, Bakının Baş Planı keçən il təsdiq olunub və 2040-cı ilə qədər şəhərin inkişaf proqramını nəzərdə tutur. Artıq ilin əvvəlindən bununla bağlı bir sıra transformasiya layihələri icra olunub.
Tehsil-press.az