Bakı-Zabrat-Maştağa yolunda inşa edilən keçid il sonunda istifadəyə veriləcək 

Bakı-Zabrat-Maştağa yolunda inşa edilən keçid il sonunda istifadəyə veriləcək  Bakının Sabunçu rayonunda, Bakı-Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ilə kəsişməsində inşa edilən yerüstü piyada keçidinin tikintisi davam etdirilir.

Bu barədə Tehsil-press.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yerüstü keçidin tikintisi bu ilin sonunda başa çatacaq: "Keçid əsasən dəmir konstruksiyalardan ibarət olduğu üçün zavodda yığılır. Artıq keçidin dayaqları hazırdır. Keçidin üst konstruksiyası isə hazırlanmaqdadır. Düşünürəm ki, ilin sonuna kimi işlər yekunlaşacaq və keçid sakinlərin istifadəsinə veriləcək".
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla iş bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə Trend-ə deyib ki, hazırda paytaxtın iki istiqamətində Sabunçu-Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ilə kəsişməsində və Bakı-Sumqayıt Yolunun 3-cü kilometrliyində-Xırdalan qəbirstanlığının yanında piyada keçidlərinin tikintisi davam etdirilir. Həmin ərazilərdə piyadaların avtomobillərin hərəkətinə mane olması ilə bağlı daxil olan şikayətlərdən sonra həmin ərazilərdə yerüstü keçidin tikintisinə start verilib: "Yol polisi əməkdaşları yerüstü keçidlər istifadəyə verilənə qədər həmin ərazilərdə daimi xidmət aparır, yollarda avtomobillərlə piyadaların hərəkətini tənzimləyir"


Tehsil-press.az

Oxşar xəbərlər