Sonuncu ilin qəbul nəticəsinə əsasən, 600 baldan yuxarı nəticə göstərən 101 tələbə, 500-599 bal aralığında 284 tələbə, 400-499 bal toplayan 344 tələbə Qarabağ Universitetini seçim etmişdir.
Nəticələrinin və keçid ballarının elan olunmasından sonra Qarabağ Universitetinin bir neçə universitetlərlə eyni ixtisaslar üzrə müqayisəsi diqqət çəkdi. Ölkənin paytaxtında olan ali təhsil ocaqları ilə rəqabətə girən Qarabağ Universiteti bir çox ixtisaslarda onlardan üstün nəticə göstərmişdi. Aşağıdakı cədvəl ilə bəzi müqayisələri apardıqda Kompyuter mühəndisliyi ixtisası üzrə ən prestijli universitetlər ilə rəqabət halında olaraq bir çox universitetləri geridə qoymuşdur.
İnşaat mühəndisliyi ixtisası üzrə Neft və Sənaye Universiteti ilə Memarlıq İnşaat universitetindən yüksək nəticə göstərdiyinin şahidi oluruq. Elektrik-Elektronika mühəndisliyi ixtisası üzrə İqtisadiyyat Universiteti xaricində digərlərindən yaxşı nəticə göstərmişdir. Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə bu sahənin ən prespektivli Universiteti olan Milli Aviasiya Akademiyası ilə yaxın rəqabətdə olduğu hiss olunur.
İqtisadiyyat yönümli iştisaslarda ciddi şəkildə digər universitetlərlə müqayisədə yüksək nəticə göstərməsi açıq aydın görülməkdədir .Pedoqoji ixtisaslar üzrə region universitetlərindən yüksək nəticə göstərərək mərkəz universitetləri ilə az bal fərqlə rəqabət halındadır. Beynəlxalq münasibətlər və hüquqşünaslıq ixtisası üzrə region universiteti olmasına rəğmən yüksək keçid balı diqqətdən yayınmır.
Cədvəldə qeyd olunan ballar hər bir universitetə aid ixtisaslar üzrə dövlət sifarişli əsaslarla keçid ballarıdır. Ümumiyyətlə, Qarabağ Universitetinin bir çox ixtisas üzrə yaxın gələcəkdə Mərkəzin ən güclü universitetləri ilə ciddi rəqabətdə olacağı qeyd edilir. Təhsil alanların həm tədris, həm də sosial cəhətdən Qarabağ Universitetindən məmnunluğu ifadə edilir. Tələbələrin bu məmnuniyyəti növbəti illərdə keçid ballarının yüksəlməsindən xəbər verir.
Tehsil-press.az