Verilişdə son günlər İranda baş verənlərdən, İran-İsrail-ABŞ gərginliyindən bəhs edilib.
Xalq şairi proqram əsnasında İrandakı soydaşlarımıza qarşı sistemli şəkildə yürüdülən haqsız siyasətdən, mövcud rejimin öz xalqına etdiyi zülmlərdən, bütün qonşularla və islam ölkələri ilə rəsmi Tehranın düşməncəsinə davranmasından bəhs edib. O qeyd edib ki, İranın düşdüyü hazırkı vəziyyət məhz bu siyasətin nəticəsidir.
Sabir Rüstəmxanlı Güney Azərbaycandakı soydaşlarımızı yaxın gələcəkdə hansı aqibətin gözlədiyindən də söz açıb və tarixi səhvlərin təkrarlanmaması üçün hansı addımları atmalı olduğumuzla bağlı fikirlərini bölüşüb.
Tehsil-press.az








