Son günlər Gürcüstanda baş tutan etiraz aksiyalarına liderlik etməsi ilə Gürcüstan Prezidenti Salome Zurabişvili gündəmdədir. Onun prezidentlik səlahiyyətinin bitməsinə qısa müddət qalmış bu qədər aktivləşməsi diqqət çəkir.
Sözügedən fəaliyyəti Zurabişvilini ciddi hədəfə çevirib. Bütün bunların fonunda Litva prezidentinin baş müşaviri Asta Skaysqirite açıqlamasında qeyd edib ki, Litva zərurət yaranacağı halda Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.
Bu bəyanat Qərbin Gürcüstanda başlatdığı etiraz aksiyalarının fiaskoya uğramasının anonsudur? Salome Zurabişvili ölkədən qaça bilərmi? Ona Litvadan siyasi sığınacaq təklifi nəyə hesablanıb?
Politoloq Sahil Kərimli deyib ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin ölkədən qaçmaq istəməsi ilə bağlı bir çox xəbərlər yayılır:
“Bu, Gürcüstanda baş verən hadisələr fonunda müəyyən qədər real görünə bilər. Qərb dairələrinin birbaşa təsiri altında olan Zurabişvili ötən dövr ərzində Gürcüstanda Avropanın maraqları çərçivəsində siyasət yürüdüb. Gürcüstanda bir neçə ay ərzində baş verən proseslər, kütləvi aksiyalara nəzər yetirsək, konkret Qərbin izləri görünür. Bu planların həyata keçirilməsində Salomenin böyük xidmətləri olub. Gürcüstanda yeni dönəm başladığını da yaxşı bilir. Etirazlara, aksiyalara rəhbərlik etməsinin məsuliyyətini yaxşı anlayır ki, prezident postundan getdikdən sonra qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilər”.
Politoloqun sözlərinə görə, Zurabişviliyə siyasi sığınacağın verilməsi təklifi Qərbin riyakar oyunudur:
“Gürcüstanda gedən proseslər daha da qızışacaq. Salome Litvaya qaçarsa, orada siyasi sığınacaq alarsa, bu, gələcəkdə Gürcüstan hakimiyyətinə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə oluna bilər”.
Tehsil-press.az