Gürcüstanda parlament seçkilərinin tarixi bəlli oldu

Gürcüstanda parlament seçkilərinin tarixi bəlli oldu Gürcüstan Parlamentinə və Acarıstan Ali Şurasına seçkilər 31 oktyabrda keçiriləcək.
Müvafiq sərəncam Prezident Salome Zurabişvili tərəfindən imzalanıb.
“Bu seçkilər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Keçiriləcək seçkilər bir daha demokratiyamızı təsdiqləməlidir”,- deyə Gürcüstan Prezidenti açıqlamasında bildirib.
Qeyd edək ki, Gürcüstanda bu il parlament seçkiləri yeni qarışıq sistemdə keçiriləcək. Belə ki, 120 millət vəkili proporsional sistem üzrə, 30 millət vəkili isə majoritar sistem üzrə seçiləcək.
Bu günə qədər seçkilərdə iştirak etmək üçün 59 qeyri-parlament partiyası qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər