
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazır.
Məlumata görə, İran diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də İranın adi vətəndaşları dekabrın 6-da səhər saatlarında Suriyanı tərk etməyə başlayıblar.
Qeyd olunub ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib.
O da bildirilib ki, İnsanların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.
Tehsil-press.az