
Bu barədə bazar ertəsi mənbələrə istinadən "The Daily Telegraph" qəzeti məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınmasından sonra SEPAH-a mənsub olma, həmçinin onun fəaliyyətində iştirak etmə, onun simvollarını daşıma və fəaliyyətini dəstəkləmə Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək. Bildirilir ki, SEPAH-ın terror təşkilatı kimi tanınmasını daxili işlər naziri Suella Braverman və təşəbbüsün əsas müəllifi hesab edilən nazirin müavini Tom Tugendhat dəstəkləyir.
Ümumilikdə, 2000-ci ildən müvafiq qanunvericiliyin qəbulundan sonra Böyük Britaniyada 78 təşkilat terrorçu kimi tanınıb.
Tehsil-press.az