
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub.
“ABŞ İranın Ərbil şəhərinə etdiyi hücumları qətiyyətlə qınayır və həlak olanların ailələrinə başsağlığı verir. İranın İraqda sabitliyi pozan raket hücumlarına qarşıyıq”, - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələr zamanı 4 nəfər ölüb, daha 6 nəfər yaralanıb. ABŞ mediasının məlumatına görə, hadisə zamanı ölkə vətəndaşları xəsarət almayıb. SEPAH isə açıqlamasında hücum zamanı anti-İran terror qruplaşmalarının bazalarının məhv edildiyini qeyd edib.
Tehsil-press.az