Əsəd razılaşma ilə bağlı ABŞ və şəxsən Trampa müraciət edib.
Bu barədə “Blumberq” özünün mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, Əsəd Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə ABŞ-a təklif edib ki, Qərb Suriyadakı döyüşləri dayandırmaq üçün təsir göstərəcəyi təqdirdə Dəməşq Hizbullah kimi İranın dəstəklədiyi silahlı qruplarla bütün əməkdaşlığa son qoyacaq.
Bundan başqa Əsəd islamçı müxalif qüvvələrin qələbə çalacağı təqdirdə Suriyanın xristian azlığına “ekzistensial təhlükə” yaranacağını çatdırmaq üçün Macarıstan Prezidenti Viktor Orbanla görüşə yüksək səviyyəli xristian lideri göndərib. Niyyət Trampın müttəfiqi olan Orbanın bu mesajı ABŞ-ın yeni prezidentinə ötürmək olub.
Qeyd edək ki, Suriyada silahlı müxalifətin noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda irəliləyiş davam edir. Bir neçə gün ərzində kritik şəhərləri tutmağı bacaran müxalifət paytaxt Dəməşqə çatıb. Artıq silahlı müxalif qruplar cənubdan Dəməşqə daxil olmağa başlayıb.
Tehsil-press.az