Tehran Suriyada Bəşər Əsəd hökumətinə dəstəyini davam etdirəcək

Tehran Suriyada Bəşər Əsəd hökumətinə dəstəyini davam etdirəcək Suriyanın gələcəyi ilə bağlı qərar verilməsi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu sözləri İran Xarici İşlər nazirinin sözçüsü Abbas Musəvi deyib.
O, Astana formatı ölkələrinin buna bənzər hər hansı qərar vermədiklərini bildirib.
"Rəsmi Tehran Suriyada Bəşər Əsəd hökumətinə dəstəyini davam etdirəcək", - Musəvi vurğulayıb.
Qeyd edək ki, Türkiyə, Rusiya və İranın Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırıb, yeni hökumət qurmaq barədə razılığa gəlmələrilə bağlı xəbər yayılıb.

Tehsil-press.az

Oxşar xəbərlər