AGMA BDU-nun müəllimlik ixtisaslarında təhsil alan tələbələri üçün seminar keçirib

AGMA BDU-nun müəllimlik ixtisaslarında təhsil alan tələbələri üçün seminar keçirib Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə BDU-nun Filologiya, Tarix və Coğrafiya fakültələrinin müəllimlik ixtisaslarında təhsil alan tələbələri üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İbtidai sinif müəllimləri birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən “Müəllimlərin şəxsi inkişafı” mövzusunda seminar keçirilib.
 
Seminarda tələbələrə müəllimin şəxsi inkişafının mahiyyəti, effektiv inkişaf strategiyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə səriştəliliyi pedaqoji fəaliyyətini yerinə yetirmək üçün müəllimin nəzəri və praktiki hazırlığını, pedaqoji ustalığını müəyyən edir. Müəllimin peşə səriştəliliyinin inkişaf etdirilməsi onun pedaqoji innovasiyaları qəbul edə, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi qabiliyyətlərinin formalaşdırılmasıdır.
 
Tədbir zamanı özünüdərk və özünüqəbuletmə, emosional zəkaya sahibolma, ünsiyyət bacarıqları, həyat bacarıqları, şəxsi hədəflər kimi məsələlərə aydınlıq gətirilib.
Sonda tələbələrin sualları cavablandırılıb.  

Tehsil-press.az

Oxşar xəbərlər