BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Sağlam münasibətlərin təməli" adlı təlim

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Bakı Dövlət Universitetinin (BDU) Psixoji yardım sektoru BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Sağlam münasibətlərin təməli" adlı təlim keçirib.

Sektorun psixoloqu İlkanə Mənsumova tərəfindən tələbələrə sağlam münasibətlərin xüsusiyyətləri, şəxsiyyətlərarası münasibətlərdə rolu və funksiyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sağlam münasibətlər sağlam cəmiyyətin formalaşmasında böyük əhəmiyyətə malikdir. Ailədə psixoloji mühitin sağlamlığı şiddət, xəyanət və yalandan uzaq olmaq, etibarlı və sağlam ünsiyyət qurmaq, sevgi və empatiya hissini gücləndirməklə formalaşır.

Təlim zamanı sektorun psixoloqu Natəvan Həsənzadə tələbələrlə psixoloji texnikalarla praktiki iş aparıb.

Təlimin sonunda mövzuya dair interaktiv müzakirə keçirilib, tələbələrin təklifləri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər