Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində 29 yüksək səviyyəli dövlət məmurunu vəzifəsindən azad edib.

Bu barədə məlumat "Rəsmi qəzet"də dərc olunub.

Dövlət başçısı Dövlət Opera və Balet Teatrının baş direktor müavini Arzu Kalkanı, Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Balıqçılıq və Su Məhsulları üzrə Baş İdarəsinin baş direktor müavini Mehmet Nuri Yılmazı da vəzifədən azad edib.

Qeyd edək ki, Ərdoğanın imzaladığı digər qərarlara əsasən, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində rəhbər dövlət idarəçiliyi vəzifələrinə ümumilikdə 70 yeni şəxs təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər