Əbülfəs Qarayev kadr dəyişiklikləri etdi

Əbülfəs Qarayev kadr dəyişiklikləri etdi Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər