
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.
Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.
Tehsil-press.az