Bəhram Bağırzadə: "Sərdar Cəlaloğlu nə istəyir danışsın" - Rusiyanın "təsir agenti" qalmaqalı

Bəhram Bağırzadə: "Sərdar Cəlaloğlunun mətbuata açıqlamasını görməmişəm. Görmək də istəmirəm. Getsinlər kim nə istəyir etsin".

Bunu açıqlamasında "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun məşhur aktyoru, əməkdar artist Bəhram Bağırzadə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verərkən deyib.

Qeyd edək ki, S.Cəlaloğlu mətbuata açıqlamasında Bəhram Bağırzadənin Azərbaycanda rus dilində təhsilin müdafiəçisi kimi çıxış etdiyin söyləyib. Buna görə əməkdar artisti tənqid etməklə yanaşı, onu Rusiyanın “təsir agenti” adlandırıb./Teleqraf/

Tehsil-press.az

Oxşar xəbərlər