
Oxuməni.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "Dikdaban" verilişində deyib. Aktyor polkovnik oğlu olsa da, fəhləlik etdiyini bildirib:
"Mən polis, polkovnik oğlu olsam da, o vaxt heç nəyə baxmadım, getdim fəhləlik etdim. Bu gün isə Allah mənə ruzimi verir. İndi fəhlə, santexnik, elektrik tapmaq olmur. Deyirsən, gəl işlə, cavab verir ki, işləyə bilmərəm. O zaman biz cavan uşaqlardıq, heç nəyin fikrini çəkmirdik. İşləyirdik, pul qazanırdıq. Bilirəm ki, əgər sabah başıma bir iş gəlsə, fəhləçilik edə bilərəm. Bundan qorxmuram, çəkinmirəm. Taksidə də, marketdə də işələyə bilərəm. Nə efir vasitəsi ilə nə xanımımın, nə övladlarımın yanında boynu bükük, aciz vəziyyətdə "Yoxdur, alınmır" demərəm".
Tehsil-press.az