
Xidmət vaxtı həlak olan hərbçilərimizə qanunauyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, həyatlarını itirən Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər.
Xidmət rəsmisi qeyd edib ki, bu gün həlak olan hərbi qulluqçular - Əli İmanov və Ruslan Həmidova xidmət vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.
Tehsil-press.az