Kartımıza səhvən çox köçürülən maaşı geri qaytarmalıyıq? - Qanunun şərhi

Kartımıza səhvən çox köçürülən maaşı geri qaytarmalıyıq? - Qanunun şərhi İlham Vəliyev
İR Master Group MMC-nin Baş Mühasibi


Əməkhaqqından Artıq Ödənilmiş Məbləğin Tutulması: Qaydalar və Nümunə
Qanunvericiliyin Tələbləri

Əmək Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, işəgötürən:

- Avansın qaytarılması və ya borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən,

- Səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş əməkhaqqının verildiyi gündən bir ay müddətində mühasibat əməliyyatı apararaq həmin məbləği tuta bilər.

- Bu müddət bitdikdən sonra artıq ödənilmiş məbləğin işçidən tutulması qadağandır!

Təcrübədə Səhv Tətbiq Edilən Hallar

Yanlış riyazi hesablamalar nəticəsində ödənilmiş əməkhaqqının tutulması işəgötürənin əmrilə həyata keçirilir.

Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, artıq ödənilmiş əməkhaqqının verildiyi gündən 1 aydan çox vaxt keçərsə, həmin məbləğin tutulması qanunsuz hesab olunur.

Misal:

Vəziyyət: İşçinin vəzifə maaşı 500 manatdır.

Xəta: 1 Fevral 2025-cü il tarixində səhv riyazi hesablamaya görə 1000 manat artıq əməkhaqqı ödənilib.

Aşkarlanma tarixi:

- Əgər bu xəta 20 fevralda aşkarlanarsa, artıq məbləğin 28 fevralda işçinin əməkhaqqından tutulması mümkündür.

- Lakin, əgər bu səhv iyun ayının 10-da aşkarlanarsa, artıq məbləğin tutulması qadağandır!

Əməkhaqqından Tutulmaların Məhdudiyyəti

Əmək Məcəlləsinin 176.2-ci maddəsinə əsasən:

- Əməkhaqqından tutulmalar işçiyə hesablanmış aylıq əməkhaqqının 50 faizindən çox ola bilməz (bəzi hallarda 70%-ə qədər).

Sual: Artıq verilmiş məbləğin qalan hissəsi necə geri qaytarılacaq?

Əgər tutulmalı olan məbləğ aylıq əməkhaqqıdan çoxdursa, müəyyən aylara bölünərək tutulur.

Məsələn:

- Oktyabrın 30-da tutulmanın bir hissəsi həyata keçirilir.

- Qalan məbləğ isə noyabrın 30-da əməkhaqqının 50%-dən çox olmamaq şərti ilə tutulur.

- Bu proses tam məbləğ ödənilənə qədər davam edir və 1 aylıq müddət burada tətbiq olunmur.

Nəticə:

- İşəgötürən artıq ödənilmiş əməkhaqqını yalnız 1 ay ərzində aşkar edibsə geri ala bilər.

- 1 aydan sonra bu məbləğin işçidən tutulması mümkün deyil!

- Əməkhaqqından tutulan məbləğ ümumi maaşın 50%-dən çox ola bilməz!

Tehsil-press.az

Oxşar xəbərlər