Saytda kiçik bir axtarış apardıq.
Axtarış zamanı saytda Ramiz Mehdiyevin ünvanına yazılmış xeyli sayda məqalələrə, təbrik məktublarına və xoş sözlərə rast gəldik.
Ramiz Mehdiyevi vəsf edən bu təbriklərdən başqa, saytda diqqətimizi başqa bir xəbər çəkdi:
"Akademik Ramiz Mehdiyevin kitabı Rusiyada nəşr edilib"
Ramiz Mehdiyevin bu kitabı “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” (“Письма личного врача Надир-Шаха как ценный источник сведений по последним годам его правления и подробностям убийства”) adlanır.
Adam Rusiyaya sədaqətini hər sahədə nümayiş etdirib.
Qeyd: AMEA rəhbərliyi yəqin ki, bu yazıdan sonra qurumun saytında qalan Ramiz Mehdiyevlə bağlı yazıları siləcək.
Xatırladaq ki, Ramiz Mehdiyevin Vətənə xəyanəti ortaya çıxandan sonra onu AMEA həqiqi üzvlüyündən çıxarıblar./lent.az/
Tehsil-press.az