Gürcüstanda A kateqoriyalı professorların maaşı ən azı 10 min lari (6280AZN) olacaq!
“Əgər TSU-da A kateqoriyalı professorların maaşı 2-3 min lari civarındadırsa, bu maaş ən azı 10 min lari olmalıdır”. Gürcüstan Təhsil Nazirliyi xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Imedi” televiziya kanalının efirində bildirib. Onun sözlərinə görə, bunun məqsədi odur ki, professorun universitetdə tam ştatla işləməyə və özünü tam şəkildə tədrisə, həmçinin tədqiqata həsr etməyə motivasiyası olsun. Sitat: “Bundan əlavə, saatlıq əsasda çalışan pedaqoqlar da olacaq, lakin onların iş yükü fərqli olacaq, tam ştatla çalışan professorların isə fərqli iş yükü olacaq”.
Xatırladırıq ki, 10 min lari hazırkı kursla 6280 manat edir!
Azərbaycanda isə professorlarımız 2-3 yerdə işləməyə məcbur olur ki, ailəsini dolandıra bilsin. Hətta ticarətdə çalışan professorlarımız da var..
Tehsil-press.az
- Baxış: 156
Xəbərin tarixi: 20.10.2025 / 14:33
-
Oxşar xəbərlər