Bu şəxslər 75 yaşanıdək vəzifədə qalacaqlar

Bu şəxslər 75 yaşanıdək vəzifədə qalacaqlar Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılması təklif olunur.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər