Xanlar Vəliyev işdən çıxarılır – Bu vəzifəyə təyin ediləcək

Xanlar Vəliyev işdən çıxarılır – Bu vəzifəyə təyin ediləcək Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsindən gedir.

Bu, onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci ildə Yevlax şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olub.

O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər