
Sonralar dayısı görür ki, həm özü, həm də Nicatın anası işlədiyinə görə Nicatın təlim-tərbiyəsi ilə məşğul ola bilmirlər. Nicatın dayısı anasını razı salaraq Nicatı Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbinə yerləşdirir. Nicat həftənin 5 günü internatda qalır, həftə sonları isə dayısı Nicatı gedib internatdan evə gətirir.
O, təhsil aldığı internatı tərk edən zaman 2018-ci ildə dövlət Nicat Salahovu "Məzun Evi" sosial müəsisəsində mənzil ilə təmin edir. 2019-cu ilin oktyabr ayındə Nicat həqiqi hərbi xidmətə yollanır. Nicat Beyləqan rayonu “N” saylı hərbi hissədə hərbi xidmət edir.
O, döyüşlər zamanı yaxın dostu Əmrahı xilas etməyə çalışsa da xilas edə bilmir, Əmrah şəhid olur və Nicat ayağından yaralanır.
Lakin Nicat hərbi qospitalda müalicəsini yarımçıq saxlayaraq döyüş bölgəsinə qayıdır ki, Əmrahın qisasını alsın. Çünki onlar əsgərlilkdən öncə yaşadıqları "Məzun Evi" sosial müəsisəsində bir-birilərini tanıyaraq dost olmuşdular.
Azərbaycan Ordusunun əsgəri olan Nicat Salahov Vətən Müharibəsi bitdikdən bir neçə gün sonra Nicat və başqa 5 əsgər birlikdə Şuşadan Laçına doğru silah-sursat üçün gedərkən minaya düşür. 6 əsgərdən biri ağır yaralanaraq sağ qalır. Nicat və digər 4 əsgər minanın partlaması nəticəsində Şəhidlik zirvəsinə ucalırlar.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Salahov “Cəsur döyüşçü” medalı ilə tətif edilib.
Azərbaycan Ordusunun əsgəri olan Nicat Salahov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Salahov “Füzulinin azad olunmasına görə” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Salahov “Qubadlının azad olunmasına görə” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Salahov “Şuşanın azad olunmasına görə” medalı ilə tətif edilib.
Tehsil-press.az