AzTU-nun şəhid məzunu Natiq Baxşəliyevin ailəsi ziyarət olunub

AzTU-nun şəhid məzunu Natiq Baxşəliyevin ailəsi ziyarət olunub Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiyanın rayon təşkilatının fəalları şəhid Natiq Baxşəliyevin ailəsini ziyarət ediblər.
AzTU-nun rektoru Vilayət Vəliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin universitetdə daim əziz tutulduğunu və bundan sonra da qürurla yad olunacağını qeyd edib. Rektor vurğulayıb ki, AzTU-nun məzunu Natiq Baxşəliyev universitetin nümunəvi tələbələrindən olub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Natiqin timsalında bütün şəhidlərimiz adlarını Azərbaycanın şanlı tarixinə əbədi həkk ediblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Natiq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalıb.
Natiq Baxşəliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər