Nazir: Bu il 20 min müəllim sertifikatlaşdırmaya cəlb ediləcək

Nazir: Bu il 20 min müəllim sertifikatlaşdırmaya cəlb ediləcək “Bizim islahat istiqamətlərimiz aydınıdır. Bu il təxminən, 20 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi təşkilati məsələdir: “Gələcəkdə bu məktəblərin fəaliyyətinin genişləndirilməsi, daha çox nailiyyət əldə etməsi mənasına da gələ bilər. Hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərirlər.

Məktəbin özünün hüquqi şəxs kimi formalaşması onun idarəsini də təkmilləşdirir. Bu gediləsi uzun yoldur. Bizim hazırda gördüyümüz iş transformasiya olaraq prosesi həyata keçirməkdir”.

Tehsil-press.az

Oxşar xəbərlər