Bakı metrosunda tunel tikintisi: Obyektlər söküləcək?

Bakı metrosunda tunel tikintisi: Obyektlər söküləcək? Bakı Metropoliteni QSC-nin "qırmızı" və "yaşıl" xətlərinin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik tunel tikiləcək.

Maraqlı suallardan biri odur ki, sözügedən tunel tikilərkən hansısa tikilinin plana düşməsi, sökülməsi, yerinin dəyişdirilməsi nəzərdə tutulubmu?

Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edilən tunelin tikilməsi üçün plana düşən, sökülməsi nəzərdə tutulan bir obyektin, tikili və ya qurğunun olmadığını bildirib.

Xatırladaq ki, "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasına ilin son rübündə başlanılması nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər