
Bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində aşıq Zülfiyyə İbadova haqqında danışarkən deyib. O, bildirib ki, Z.İbadova məclisdə 2 mahnıya görə 10 min dollar alıb:
"Çox emossional bir müğənni var idi, onunla məclisə getmişdim. Prodüseri toy yiyəsi ilə 4 minə razılaşmışdı. Toyda nə qədər musqiçi var idi, 3 yerə bölünmüşdülər. Şok olduq. Yazıq müğənni də oxuyur, tər-suyun içində. Sonra Zülfiyyə xanım asta-asta gəldi. Biz də baxırırq. Cəmi iki mahnı oxudu. Bir də gördük ki, toy sahibi bir "paçka" 100 dolları sazının üstünə qoydu. O bir müğənninin ürəyi getdi. Toyun içində qırğın düşdü. Prodüserlə dava etdi ki, sən belə bir toyu bu qiymətə razılaşmısan. Zülfiyyə xanım 2 mahnı oxudu 10 min dollar pul verdilər, sən bu boytda məclisə görə 4 min istəmisən.
Üstündən bir müddət keçdi, yenə bir məclisə düşdük. Zülfiyyə xanım gəldi, yenə 2 mahnı oxudu, sazının arasına 10 min dollar qoydular.
Zülfiyyə aparıcının sözlərinə belə reaksiya verib:
"Məəttəl qalıram ki, Elgiz orda bu pulu necə sayıb".
Aparıcı bununla bağlı sübutlarının olduğunu deyib:
"Vaxtları ilə, videolarla sübut edə bilərəm, əlimdə görüntülər var. Hamısını çəkmişəm".
Tehsil-press.az