
Bu haqda sənətçi “İncə səhər” verilişinə müsahibəsində söz açıb.
Bilal bildirib ki, illər əvvəl Almaniyada iştirak etdiyi məclisdən 45 min dollar qonorar alıb:
“Qapımda səhərə kimi 60-70 avtomobil gözləyirdi ki, mən toydan gələndə onlar öz toylarını mənə yazdırsınlar. Almaniyada olanda bir toyda iştirak etdim. O məclisdə çıxışıma görə mənə 40-45 min dollar pul verdilər. Azərbaycanda gözəl bir toyda iştirak etmişəm və evimə bir kisə pul aparmışam. Bəli, belə vaxtlarım olub. Təxminən o kisədəki pulu sayanda evdə 15 adam var idi. Tapşırdım ki, kim on “paçka” pul düzəltsə, ona bir “paçka” pul verəcəyəm. O pula çox şey aldım, kasıba əl tutdum. 100 min yox orada milyondan söhbət gedir”. (olay)
Tehsil-press.az