Aygün onunla barışdığını təsdiqlədi - Video

Aygün onunla barışdığını təsdiqlədi - Video Xalq artisti Aygün Kazımova uzun müddətdir ki, küsülü olduğu rəfiqəsi, müğənni Zülfiyyə Xanbabayeva ilə barışdığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, “ATV maqazin onlarla” proqramına danışan sənətçi münasibətlərinin bərpa olunduğunu bildirib:

“Umduğum yerdən küsmüşdüm. Hər şey əladır, gözəldir. Anlaşılmazlıqlar ola bilər. Bunlar olmasa səmimi münasibətdən söhbət gedə bilməz. Ancaq maskalanıb “salam”, “necəsən” demək olmaz. Öz qızımla belə gün ərzində 4-5 dəfə mübahisə edirik, 3 dəfə öpüşürük. Ayrılıq heç kimə qismət olmasın. Küsüb-barışmağın öz ləzzəti var”.

Qeyd edək ki, yanvar ayında türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev Sarayında baş tutan konsertdə xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın barışmaqları barədə xəbər yayılsa da, hər ikisi təkzib etmişdi.


Oxşar xəbərlər