
Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
“Atabank” ASC-yə məxsus olan və Şamaxı şəhərində yerləşən 279.3 kv.m sahəsi olan qeyri-yaşayış binası 490 min manat ilkin qiymətlə, Əli-Bayramlı şəhərində yerləşən 314.7 kv.m-lik 2 mərtəbəli bina isə 430 min manat qiymətlə satışa çıxarılıb. Həmin bankın Nizami rayonundakı, Qara Qarayev prospektində yerləşən 436.2 kv.m sahəyə malik 2 mərtəbəli qeyri-yaşayış binası isə 1,6 milyon manat qiymətlə hərraca təqdim olunacaq.
“Yunayted Kredit Bank” ASC-nin balansında olan, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 154.4 kv.m sahəsi olan qeyri-yaşayış binası üçün ilkin satış qiyməti 800 min manat müəyyən edilib.
“Bank Standard” QSC-yə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 0.75 hektarlıq bağ sahəsi 750 min manata, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 345 kv.m sahəli qeyri-yaşayış sahəsi isə 1.1 milyon manata satışa çıxarılacaq.
“Zaminbank” ASC-nin Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən üç müxtəlif ölçülü qeyri-yaşayış sahəsi də satış siyahısındadır. Bunlardan 143.4 kv.m sahəli obyektin ilkin qiyməti 326 min manat, 216.3 kv.m sahəli obyektin qiyməti 491 min manat, 80.3 kv.m-lik sahənin isə satış qiyməti 190 min manat təşkil edir.
Tehsil-press.az