
Satışı ötən il iyulun 1-də yekunlaşacağı gözlənilsə də, hazırda mənzillərin satışı davam edir. Nazirliyin 2024-cü ilin fevral ayındakı məlumatında 300 mənzilin satıldığı qeyd edilmişdi. Hazırda xeyli sayda mənzil bron edilib.
Abşeron rayonu - Yeni yaşayış kompleksində 4 otaqlı, 101.8 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 84 min 494 AZN təşkil edir. Eyni binada 3 otaqlı, 84.1 kvadratmetrlik sahəli mənzilin qiyməti isə 65 min 598 manatdır.
Bakı şəhəri, Kürdəxanı qəsəbəsi - Yeni yaşayış kompleksində 4 otaqlı, 85.1 kvadratmetr sahəyə malik təmirli mənzil 71 min 484 AZN-ə təklif olunur. 71 kvadratmetr sahəyə malik 3 otaqlı mənzilin qiyməti isə 59 min 640 AZN-dir.
Bakı şəhəri, Ramana qəsəbəsi – Yeni yaşayış kompleksində 4 otaqlı, 100.7 kvadratmetr sahəli tam təmirli mənzilin qiyməti 85 min 595 AZN-dir. Evin hər kvadratmetri 850 manatdan hesablanıb. 3 otaqlı, 79.4 kvadratmetrlik sahəli ev isə 67 min 490 AZN-ə təklif olunur.
Bakı şəhəri, Ümid qəsəbəsi – Yeni yaşayış kompleksində 4 otaqlı, 105.6 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 78 min 144, 89.6 kvadratmetrlik 3 otaqlı mənzilin qiyməti 62 min 720 AZN-dir.
Samux rayonu – Yeni yaşayış kompleksində 4 otaqlı, 100.5 kvadratmetr sahəli tam təmirli mənzilin qiyməti 43 min 717 AZN-dir. Yəni evin bir kvadratmetri 435 manata təklif olunur. Samux rayonunda satışa çıxarılan mənzillər arasında 3 otaqlı mənzil yoxdur.
Tehsil-press.az