Məhkəmə Adəm Məmmədovun şikayəti ilə bağlı qərar verdi

Məhkəmə Adəm Məmmədovun şikayəti ilə bağlı qərar verdi Bir müddət əvvəl həmkarının şikayəti ilə həbs edilən tanınmış vəkil Adəm Abbasovun bir neçə sayta və keçmiş müvəkkili Fidan Abbasovaya qarşı şikayətinə baxılıb.

Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.

Adəm Məmmədov əvvəlki müvəkkili Fidan Abbasovanın onun barəsindəki açıqlamalarını təhqir və böhtan hesab edib. Həmçinin bir neçə saytı da həmin açıqlamaları yaydığı üçün eyni əsasla məhkəməyə verib.

Lakin məhkəmə şikayətdə yazılanları əsaslı saymayıb və Adəm Məmmədovun şikayəti rədd edilib.

Qeyd edək ki, Adəm Məmmədov bir ay əvvəl Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək, 6 ay müddətə azadlıqdan məhrum edilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər