
Bu barədə vəkil Cavidan Osmanlı məlumat verib.
Cavidan Osmanlı xatırladıb ki, vəkili olduğu Şövkət Azayevadan Abşeron Rayon Məhkəməsinə fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında şikayət verilmişdir:
“Bu gün çıxan məhkəmə qərarı ilə həmin şikayətin icraata qəbulundan imtina edilib və ədalət bərqarar olub. Qanunun aliliyi hər şeydən üstündür”.
Xatırladaq ki, Şövkət Azayeva daha əvvəl də Adəm Məmmədov barəsində dövlət orqanlarına oğlunun həbsdən çıxarılması adı ilə ondan pul alınması ilə bağlı şikayət edib.
Tehsil-press.az