70 tələbə bir yana, UNEC bir yana — Diplomlar niyə verilmir?

70 tələbə bir yana, UNEC bir yana  —  Diplomlar niyə verilmir? Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının məzunları 2 ildir ki, diplomlarını ala bilmirlər.

Bu barədə yaxın vaxtlarda daha bir informasiya yayımlamışdı.Məsələnin kütləvi hal aldığını nəzərə alaraq yenidən bu mövzuya qayıtmalı olduq.

Universitetin 2023/2024-cü il məzunları diplom ala bilmədiklərinə görə, heç yerdə iş tapa bilmədiklərini bildirirlər. Üstəlik də həmin şəxslərə diplom verilmədiyi üçün onlar hərbi xidməti 1 il yox,1 il 6 ay müddətinə keçməli olurlar.Bu isə onların hüquqlarının kobud şəkildə pozulmasıdır.

Yaranan problemlə ilə bağlı müraciət edən Elnur Babayev bildirir ki, özü ilə birlikdə 70-ə yaxın tələbə bu problemlə üzləşib.

“Yaxınlarda Rusiya vətəndaşları olan tələbələrin diplomları verilib.Amma bizim diplomu vermirlər. Bizə deyirlər ki, Siz DİM vasitəsi ilə qəbul olmamısınız. Oranın daxili qaydaları ilə qəbul olunmusunuz.Halbuki,bizdən əvvəlki və sonakı kursların hamısı o qayda ilə Universitetə daxil olub. Bunun başqa yolu yoxdur. Dərbənd filialına daxil olmaq üçün oranın daxili imtahanlarını verib qəbul olmaq mümkündür.Bütün qəbullar da bu qaydada aparılıb”,-deyə diplom ala bilməyən şəxs bildirib.

70 tələbə bir yana, UNEC bir yana  —  Diplomlar niyə verilmir?


Məsələ ilə bağlı araşdırma aparan zaman ziddiyətli məqamla da üzləşib.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplomunu ala bilməyən tələbələrə verdiyi rəsmi cavabda qəbulların yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları əsasında həyata keçirildiyi qeyd olunur. Ancaq UNEC-in Dərbənd filialının rəsmi saytında bunun tam əksi qeyd olunub.Saytda qeyd olunur ki, sözügedən filiala tələbə qəbulu Rusiya Federasiyasının tələbələrin qəbul qaydalarına əsasən aparılır.

Qeyd edək ki,filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Müasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.

Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.

2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub.

Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır.

Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır.

Sayt mövzunu diqqətdə saxlayacaq.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinə və Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Miri Məcidli


Tehsil-press.az

Oxşar xəbərlər