
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev mediada ixtisaslaşma sahələri arasında xarici siyasət jurnalistikasının xüsusi çəkiyə malik olduğunu bildirib. O diqqətə çatdırıb ki, gənc jurnalistlərin beynəlxalq aləmdə ölkənin maraqlarını müdafiə edə bilməsi, informasiya müharibəsində düzgün addım atması üçün tələbəlik dövründə belə görüşlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Sonra Ayxan Hacızadə “Xarici siyasətin kommunikasiyası və ictimai diplomatiya” mövzusunda geniş təqdimatla çıxış edib. Azərbaycan xarici siyasət konsepsiyası, bu sahədə kommunikasiya, yerli və xarici jurnalistlərlə işin qurulması, sosial media platformalarında fəaliyyət, rəqəmsal diplomatiya, ictimai diplomatiya, böhran vəziyyətlərində kommunikasiya məsələlərinə toxunan diplomat jurnalistlərin və ixtisasından asılı olmayaraq hər bir şəxsin öncə ölkəmizin mənafeyindən çıxış etməli olduğunu bildirib.
Ayxan Hacızadə həmçinin XİN-in “Diplomatiya könüllüləri” proqramı barəsində də məlumat verib. Gələcəkdə diplomatik istiqamətdə fəaliyyət göstərmək istəyən tələbələri bu proqramda iştirak etməyə dəvət edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, görüş interaktiv sessiya ilə başa çatıb.
Tehsil-press.az