
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
XİN rəsmisi bildirib ki, yardım 200 ton qida və ərzaq məhsullarını əhatə edir.
Yardımın Suriyanın İdlib şəhərində ehtiyacı olan insanlara paylanması nəzərdə tutulub.
Ayxan Hacızadə yardımın qarşıdakı zamanda da davam edəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyayada səfərdədir.
Tehsil-press.az