Gənc unikal qabiliyyəti ilə təəccübləndirdi: Gözlərini pırtlatmaqla rekord qırdı

Gənc unikal qabiliyyəti ilə təəccübləndirdi: Gözlərini pırtlatmaqla rekord qırdı İtaliyanın Milan şəhərində yaşayan 28 yaşlı uruqvaylı Uilyams Martin Sançes Lopes unikal qabiliyyəti sayəsində - gözlərini göz yuvalarından 1.88 sm qədər çıxara bilməsi ilə Ginnesin Rekordlar Kitabına daxil olub.

Bu barədə UPI informasiya agentliyi məlumat yayıb.

Gənc rekordçunun sözlərinə görə, bu qabiliyyət hələ uşaqlıqdan onda yaranıb. Təxminən 8-9 yaşında olarkən, o, gözləri ətrafındakı əzələləri boşaldaraq gözlərini hədəqəsindən çıxara biləcəyini kəşf edib. Zamanla isə bu bacarığını daha da təkmilləşdirib.

Uilyams yalnız dostlarını və təsadüfi yoldan keçənləri təəccübləndirməklə kifayətlənmir, həm də sosial şəbəkələrdə populyarlıq qazanır. Onun bu hərəkəti nümayiş etdirdiyi videolar minlərlə baxış toplayır və izləyicilər ondan bu qeyri-adi hərəkəti təkrarlamağını xahiş edirlər.

"Ən gülməli şey insanların belə bir şey görməyi gözləmədikləri zaman reaksiyasıdır. Kiməsə yaxınlaşıram və birdən gözümü hədəqədən çıxarıram. Adətən onlar qorxudan sözün həqiqi mənasında kənara tullanırlar", - deyə Martin zarafat edir.

Tehsil-press.az

Oxşar xəbərlər