
Yerli media orqanı "news18"in məlumatına görə, aprelin 24-də məktəb yeməyində ilan qalıqları tapıldıqdan sonra yüzlərlə şagird zəhərlənib.
Hadisə nəticəsində azı 22 uşaq xəstəxanaya yerləşdirilib.
Zəhərlənməyə səbəb olan ilan qalıqları rəsmi olaraq təsdiqlənməsə də, yerli əhali məsələyə sərt reaksiya verib. Qəzəbli sakinlər məktəbə aparan əsas yolu nəqliyyata bağlayaraq məsul şəxslərin cəzalandırılmasını tələb ediblər.
Hazırda baş verən hadisə ilə bağlı rəsmi istintaq başladılıb.
Tehsil-press.az