Bakıda şagirdləri "bibər" qazından zəhərlənən məktəbdən AÇIQLAMA
Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.
Məktəbdən hadisə ilə bağlı Tehsil-press.az-a bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.
Tehsil-press.az
- Baxış: 6192
Xəbərin tarixi: 10.10.2018 / 13:59
-
Oxşar xəbərlər