Hindistanda sərnişin avtobusu körpüdən aşdı - 40 ölü

Hindistanda sərnişin avtobusu körpüdən aşdı - 40 ölü Hindistanın Madhya Pradeş əyalətində bir sərnişin avtobusu körpüdən aşaraq kanala düşüb.
Bu barədə Hindistan mətbuatı yerli hökumət orqanlarına istinadən məlumat verib. Hadisə nəticəsində avtobusda olan 46 sərnişindən 40-ı həlak olub, 6-sı isə xilas edilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Hindistanda hər il 100 mindən çox insan yol qəzalarının qurbanı olur.

Tehsil-press.az


Oxşar xəbərlər