Malik Quliyev vəzifədən azad edildi

Malik Quliyev vəzifədən azad edildi Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifədən azad edilib.

Milli Konservatoriya faktı təsdiqləyib.

Qeyd edək ki, Malik Quliyev prorektor vəzifəsinə qədər sözügedən təhsil ocağında İnsturmental muğam kafedrasının müdiri vəzifəsində çalışıb.

Digər məlumata görə, Nizami Əsədov Milli Konsevatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.

Qeyd edək ki, o bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər